20 baxış
Bu yazını paylaşın
Dünya

AP sədri Moskvaya dron hücumunun Ukraynaya dəstəyə təsir etməyəcəyini bildirib

31 May 2023

Rusiya öz qoşunlarını Ukrayna ərazisindən çıxarana qədər Avropa İttifaqı Ukraynanı dəstəkləməlidir və Rusiya ərazisinə zərbələr bunu dəyişməyəcək.

Telejurnal xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola “Detsche Welle”yə müsahibəsində bildirib.

Metsolanın fikrincə, Ukraynaya dəstək zərurəti nə Rusiyanın Ukraynanı ittiham etdiyi Moskvaya qarşı son dron hücumundan, nə də Kiyevə verilən silahların potensial olaraq Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə oluna bilməsindən dəyişir.

“Düşünürəm ki, bu arqumenti irəli sürən hər kəs Rusiyanın Ukraynanı işğal etməsi faktını unudur. Bu, iki ölkə arasında münaqişə deyil. Burada bir ölkə digərinə soxulub və ərazilərinin bir hissəsini zəbt edib. Rusiya Ukraynadan əl çəkməyincə Ukraynaya dəstəyi dayandırmağı düşünmürük”, – o vurğulayıb.

Metsola həmçinin Avropa Komissiyasının Ukraynaya daha çox döyüş sursatı verməyə imkan verəcək təklifinin vaxtından əvvəl təsdiqlənməsini və ona baxılması üçün sürətləndirilmiş prosedurun – ictimai məsləhətləşmələr olmadan həyata keçirilməsini istəyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…