114 baxış
Bu yazını paylaşın
Dünya

Antonio Quterriş: Yaponiyanı kömürlə işləyən elektrik stansiyalarına maliyyə ayırmaqdan imtina etməyə çağırıram

08 Avqust 2022

Yaponiya dekarbonizasiya məqsədinə nail olmaq üçün kömürlə işləyən istilik elektrik stansiyalarına dövlət büdcəsindən subsidiya ayrılmasını dayandırmalıdır.

TELEJURNAL xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterriş avqustun 8-də Tokioda keçirilən mətbuat konfransı zamanı bəyan edib.

“Yaponiya iqlim məsələləri ilə bağlı aparıcı rolu öz üzərinə götürmək üçün böyük potensiala malikdir. Ümid edirəm ki, Yaponiya bu istiqamətdə konkret addımlar atacaq. Yaponiyanı kömürlə işləyən elektrik stansiyalarına maliyyə ayırmaqdan imtina etməyə çağırıram. “Təmiz kömür” adlı anlayış yoxdur”, – deyə A.Quterriş bildirib.

Qeyd edək ki, Yaponiya hökuməti 2030-cu ilədək parnik qazları tullantılarının həcmini 2013-cü illə müqayisədə 46 faizədək azaltmağı qarşıya məqsəd qoyub. Bundan əlavə, hökumət 2050-ci ilədək bərpaolunan enerji mənbələrindən istifadə və sənaye müəssisələri tərəfindən karbon qazının utilizasiyası hesabına tam dekarbonizasiyaya nail olmaq niyyətindədir. Rəsmi qurumların fikrincə, qarşıya qoyulan məqsədə vaxtında nail olmaq üçün 2030-cu ilə qədər bu sahəyə illik investisiyaların həcmini 17 trilyon yenə (132 milyard ABŞ dolları) çatdırmaq lazımdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…