32 baxış
Bu yazını paylaşın
İqtisadi

Antiinhisar Xidməti 33 hüquqi, 6 fiziki şəxs barəsində tədbir görüb

20 İyul 2023

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahəsində daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 33 hüquqi, 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edib və qanunamüvafiq tədbirlər görüb.

TELEJURNAL  xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter səhifəsində yazıb.

“Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılması (22 halda) və qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (12 halda) ilə bağlı hallar digər qanun pozuntularına nisbətdə üstünlük təşkil edib”, – deyə M.Abbasbəyli qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…