31 baxış
Bu yazını paylaşın
İqtisadi

Antiinhisar Dövlət Xidməti I yarımildə 1 300-ə yaxın müraciəti təmin edib

18 İyul 2023

Bu ilin I yarısında Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 1 274 müraciət təmin edilib.

Telejurnal  xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.

Təmin edilmiş müraciətlər üzrə 186 010 manat vəsaiti sahibkarlıq subyektləri istehlakçılara geri qaytarıb, 34 687 manat dəyərində dəymiş ziyan ödənilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş istehlakçı müraciətlərinin sayında 7,5 % artım olub. Belə ki, ötən ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1 185 müraciət təmin olunub, 169 286 manat vəsait istehlakçılara qaytarılıb, 15 080 manat dəyərində dəymiş ziyan ödənilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…