221 baxış
Bu yazını paylaşın
Siyasi

Antalyada Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında görüş olub

12 Mart 2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada bir araya gəliblər.
” TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat üçün qapalı olan görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.
Nazir Mövlud Çavuşoğlu açıqlamasında görüşü olduqca məhsuldar və əhəmiyyətli adlandırıb. “Xüsusi nümayəndələri təlimatlandırdıq. Xüsusi nümayəndələr iki dəfə görüşüblər. Münasibətləri tam normallaşdırmaq məqsədi ilə bir araya gəlirik”, – deyə o qeyd edib.
Nazir Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə tərəfi Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Qeyd edək ki, iki ölkə arasında normallaşma prosesi üçün Türkiyə tərəfindən xüsusi nümayəndə səfir Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentinin sədr müavini Ruben Rubinyan təyin olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…