43 baxış
Bu yazını paylaşın
Siyasi

Ankarada Ümummilli Liderin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunacaq

06 May 2022

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 9-da Türkiyənin Ankara və Karaman şəhərlərinə səfər edəcək.
“TELEJURNAL” xəbər verir ki ,Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Ankarada ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində Milli Məclisin deputatı Karaman şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 7-ci iclasında və “TÜRKPA üzvü olan dövlətlərdə pandemiya ilə mübarizə” mövzusunda seminarda iştirak edəcək.
Komissiyanın 7-ci iclasında komissiyanın sədri Əhliman Əmiraslanovun “TÜRKPA üzvü olan ölkələrdə səhiyyə sistemlərinin uyğunlaşdırılması”na dair tövsiyə qərarının layihəsi barədə məruzəsi nəzərdə tutulub. Seminarın sessiyalarında isə qurumun üzvü olan dövlətlərdə pandemiya ilə bağlı mövcud vəziyyət və bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 14-də başa çatacaq.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…