117 baxış
Bu yazını paylaşın
Dünya

Ankarada şəhid türk diplomatların xatirəsi ehtiramla yad edilib

08 Avqust 2022

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Ankara şəhərində “2023-Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayacaq.

TELEJURNAL xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, eləcə də konfransa qatılan Azərbaycanın diplomatik nümayəndə heyətinin iştirakı ilə Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri Məzarlığında şəhid türk diplomatların uyuduqları müqəddəs məkan ziyarət edilib.

Şəhid diplomatların ruhuna dualar oxunub, məzarları üstünə gül dəstələri qoyulub.

Sonra konfrans iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.

Anıtqəbir önünə əklil qoyulub, nazir Mövlud Çavuşoğlu “Xatirə kitabı”nı imzalayıb.

Xatırladaq ki, xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri 1973-1984 illərdə erməni terror təşkilatları tərəfindən genişmiqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədyönlü şəkildə və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda çoxsaylı və ağır nəticələrə səbəb olan terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad edilib. Bəzi hallarda türk diplomatlara qarşı törədilən terror cinayətinin üstü açılmayıb. Təəssüf doğuran daha bir məqam odur ki, Ermənistan həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam edir.

Səfirlər konfransı Türkiyə və regionu maraqlandıran hadisələri, mövcud çağırışları və imkanları müzakirə etmək baxımından mühüm platforma olacaq. Tədbir çərçivəsində aparılacaq müzakirələr xarici siyasət kontekstində daxili planlar hazırlamaq və qurumlararası koordinasiya yaratmağa töhfə verməklə yanaşı, xalq diplomatiyası baxımından da mühüm rol oynayır.

Qeyd edək ki, avqustun 8-dən 12-dək davam edəcək konfransın paytaxtda təşkil olunacaq hissəsi başa çatdıqdan sonra iştirakçılar Nevşehir və Kayseriyə səfər edəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…