129 baxış
Bu yazını paylaşın
Dünya

Ankarada “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda səfirlər konfransı işə başlayıb

08 Avqust 2022

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “2023 – Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayıb.

TELEJURNAL xəbər verir ki, avqustun 8-dən 12-dək davam edəcək konfransın Ankara hissəsi başa çatandan sonra iştirakçılar Nevşəhir və Kayseri şəhərlərinə səfər edəcəklər.

Konfransın rəsmi açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunın çıxışı dinlənilib.

Türkiyənin xarici siyasətinin istiqamətlərindən bəhs edən nazir Mövlud Çavuşoğlu dünyada sülh və sabitliyin qorunması üçün diplomatiyanın qarşısında dayanan vəzifələrdən danışıb.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh!” kəlamını xatırladan nazir çıxışında Azərbaycanla müttəfiqlik əməkdaşlığına dair mühüm məqamlara toxunub.

Türkiyənin terror təşkilatları ilə üz-üzə qaldığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu təəssüflə ifadə edib ki, terrorizmlə mübarizədə mövcud ikili standartlar hələ də davam edir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də ATƏT-in Baş katibi Helqa Maria Şmid səfirlər konfransında çıxış edəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…