16 baxış
Bu yazını paylaşın
Siyasi

“Anatolian Phoenix – 2023”: Hərbçilərimiz şərti düşmən arxasında təxliyəni uğurla icra ediblər

09 İyun 2023

Azərbaycan hərbçiləri “Anatolian Phoenix – 2023” təlimində şərti düşmən arxasında təxliyəni uğurla icra ediblər.

Bu barədə “Telejurnal” a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2023” (Anadolu Ankası – 2023) beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.

Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…