54 baxış
Bu yazını paylaşın
Siyasi

“Anatolian Phoenix – 2023” beynəlxalq təlimi başa çatıb

16 İyun 2023

Türkiyə Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

Bu barədə “Telejurnal” a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.
Qeyd olunub ki, təlimdə qarşıya qoyulan tapşırıqlar iştirakçı dövlətlərin şəxsi heyəti tərəfindən qarşılıqlı əlaqədə müvəffəqiyyətlə icra edilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, “Anatolian Phoenix – 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…