25 baxış
Bu yazını paylaşın
İqtisadi

Anar Rzayev: Azad olunmuş ərazilərə səfərlər humanitar inteqrasiyasında mühüm rol oynayacaq

24 Yanvar 2022

İşğaldan azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması hər birimiz üçün əlamətdar hadisədir. Bu səfərlər azad olunmuş ərazilərin sosial, iqtisadi, eləcə də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev söyləyib.

Bu marşrutlar üzrə bilet satışında kifayət qədər aktivliyin olduğunu söyləyən xidmət rəisi deyib: “Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək”.

Qeyd edək ki, Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik, Bakıdan Ağdama 9 manat 40 qəpik, Əhmədbəylidən Şuşaya 7 manat, Bərdədən Ağdama 5 manat, Füzuli Beynəlxalq Hava Limanından Şuşaya isə avtobus biletinin qiyməti 6 manatdır.

Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.

https://azertag.az/xeber/Anar_Rzayev_Azad_olunmus_erazilere_seferler_humanitar_inteqrasiyasinda_muhum_rol_oynayacaq-1983320

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…