77 baxış
Bu yazını paylaşın
İctimai

ANAMA bəzi rayonlarımızda tapılan raket və mərmi qalıqları ilə bağlı məlumat yaydı – FOTO

01 Oktyabr 2020

2020-ci il 30 Sentyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 17 (on yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub (cəmi: 18 çağırış).

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 18 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun Üçoğlan və Sarıcalı kəndləri, Ağcabədi rayonunun Ağgöl, Minəxorlu, Arazbar və Köyük kəndləri, Füzuli rayonunun Bala Bəhmənli, Goranboy rayonunun Meşəli və Yenikənd kəndləri, Tərtər rayonunun N.Nərimanov küçəsi və Pambıqçılıq zavodunun ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Ümumilikdə Agentlik tərəfindən 27-30 sentyabr tarixlərində 54 siqnal (əməliyyat çağırışı) əsasında 52 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisində ev və həyətyanı sahəyə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 1 ədəd aviabomba (OFAB-100), 13 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 12 ədəd partlamış raket hissələri aşkar olunub.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…