28 baxış
Bu yazını paylaşın
İctimai

“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları QHT Agentliyində olublar

17 İyun 2022

Bakı, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Bakıda keçirilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində (QHT) olublar.

Agentlikdən bildiriblər ki, giriş nitqi ilə çıxış edən qurumun icraçı direktoru Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva qeyd edib ki, bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bütün istiqamətlərdəki əməkdaşlıqda özünü göstərir. Uğurlu əməkdaşlığa imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də birgə fəaliyyəti önəmli rol oynayır. İki qardaş ölkənin öndə gələn media qurumları arasında əlaqələrin inkişafı ölkələrimizdə baş verən proseslərə daha operativ reaksiya vermək, cəmiyyətimizi dolğun məlumatlandırmaq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən beynəlxalq və ikitərəfli münasibətlərdə medianın rolu olduqca vacibdir, çünki media ictimai rəyə birbaşa təsir edən, onu formalaşdıran və istiqamətləndirən rola sahibdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…