46 baxış
Bu yazını paylaşın
İctimai

Anadolu Qartalı – 2023” beynəlxalq təlimində nümunəvi uçuşlar icra olunub

10 May 2023

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları Su-25 hücum və ikiyerli təlim-döyüş F-16 qırıcı təyyarələrində türkiyəli pilotlarla birgə uçuşlar, eləcə də plana uyğun müxtəlif tapşırıqlar yerinə yetiriblər.

 

Təlim uçuşları zamanı pilotlarımızın F-16 tipli təyyarələrin idarə olunması üzrə bilik və bacarıqları, uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

 

Təlimdə, həmçinin Türkiyə və xarici ölkələrin fotoqrafları da iştirak ediblər.

 

Fotoqraflar bazalanma aerodromunda təlimdə iştirak edən aviasiya vasitələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarələri ilə yaxından tanış olub, təhlükəsizlik qaydalarına riayət etməklə uçuş-enmə zolağında pilotlar tərəfindən yerinə yetirilən tapşırıqları izləyiblər.

 

Sonda təlimdə aviasiya vasitələrinin qısa intervalda nümunəvi uçuşları icra olunub, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Yıldızları” aviaqrupu müxtəlif manevler ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…