134 baxış
Bu yazını paylaşın
Siyasi

Anadolu Agentliyi: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi

12 Dekabr 2021

Türkiyənin Anadolu Agentliyi Azərbaycan xalqının xilaskarı, türk dünyasının böyük oğlu, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev barədə geniş məqalə yayıb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, “Azərbaycanın müstəqilliyə qovuşdurdu”, “İqtisadi inkişafın təməlini qoydu” və “Vəsiyyəti yerinə yetirildi, torpaqlar işğaldan azad olundu” yarımbaşlıqlı üç hissədən ibarət məqalədə ulu öndər Heydər Əliyevin bioqrafiyası oxuculara təqdim olunub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanda və regionda baş verən proseslərə nəzər yetirilib. Diqqətə çatdırılıb ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyev maneələri böyük siyasi məharətlə dəf edərək Azərbaycanın neft strategiyasını həyata keçirib.

Vurğulanıb ki, Heydər Əliyevin ən böyük arzusu Qarabağın Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi ki, dahi şəxsiyyət bunu da oğlu Prezident İlham Əliyevə vəsiyyət etmişdi. Prezident İlham Əliyevin Baş Komandanlığı ilə Azərbaycan Ordusu torpaqları işğaldan azad edərək ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.

https://azertag.az/xeber/Anadolu_Agentliyi_Prezident_Ilham_Aliyevin_rehberliyi_ile_Azerbaycan_Ordusu_Heyder_Aliyevin_vesiyyetini_yerine_yetirdi-1949476

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…