24 baxış
Bu yazını paylaşın
Siyasi

Anadolu Agentliyi Azərbaycanla Avropa Komissiyası arasında əməkdaşlıq əlaqələrindən yazıb.

20 İyul 2022

Türkiyənin Anadolu Agentliyi Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Bakıda keçirilən görüş və mətbuata birgə bəyanatlarla çıxış etmələri barədə geniş informasiyalar yayıb.

TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, “Azərbaycan Avropa İttifaqına daha çox təbii qaz nəql edəcək” və “Azərbaycan təbii qazının Avropaya çatdırılmasında Türkiyə tranzit ölkədir” sərlövhəli yazılarda xanım Ursula Fon der Lyayenin Azərbaycana səfərinin nəticələri barədə müfəssəl məlumat verilir.

Diqqətə çatdırılır ki, Avropa TAP marşrutu ilə nəqletmənin həcminin artırılmasını arzulayır və qarşıdakı bir neçə il ərzində bu marşrutla ötürücülük qabiliyyətinin 20 milyard kubmetrə çatdırılması mümkündür.

Agentliyin hazırladığı infoqrafika Azərbaycanın karbohidrogen ehtiyatlarında mühüm hissəni təşkil edən təbii qazın Avropaya nəql edilməsi imkanları, eləcə də TANAP, TAP, Cənubi Qafqaz Boru Kəməri, bu layihələrin daşıyıcılıq imkanları barədə ictimaiyyətə məlumatlar çatdırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…