177 baxış
Bu yazını paylaşın
Müsahibə

Amerikada təhsil almaq mənə fərqli ölkə, fərqli mədəniyyətlər kəşf etməyə kömək edir-Nəzrin Cabbarlı

23 İyun 2023

“Telejurnal”ın “Xaricdə təhsil alan tələbələrimiz” rublikasının növbəti müsahibi-Nəzrin Cabbarlı

Nəzrin Cabbarlı kimdir?

Bakıda doğulmuşam,19 yaşım var. ABŞın Florida ştatında University of Miami universitetində Business technology & Marketing major, Psychology minor ixtisası üzrə bakalavr təhsili alıram.

Niyə Amerikada təhsil almağı seçdiniz?

Amerikada təhsil almaqda məqsədim dünyanın öndə gedən universitetlərindən birində ali təhsil almaq, beynəlxalq təcrübə qazanmaq və bütün bunları yeni bir ölkədə, komfort zonamdan kənarda etmək idi. Mən birbaşa universitetlərin özlərinə müraciət etdim, heç bir proqrama qoşulmadan.

Amerikada təhsil almaq sizə nələri qazandırır?

Amerikada təhsil almaq mənə fərqli ölkə, fərqli mədəniyyətlər kəşf etməyə kömək edir. Amerikanın əhalisinin böyük bir hissəsi dünyanın müxtəlif ölkələrindən olan immiqrantlar olduğu üçün burda qazandığınız təcrübə hərtərəfli olur.

İşləyirsinizmi? 

Amerika networkinginizi inkişaf etdirmək üçün də çox yaxşı seçimdir, nəzərə alsaq ki, dünyanın öz sahələrində ən uğurlu və seçilmiş insanları burada yaşayır. İş imkanları genişdir, ən öndə gedən şirkətlərin mərkəzləri Amerikanın müxtəlif şəhərlərində yerləşir. Mən tələbə olduğum üçün sadəcə kampusda işləyirəm, technology asssistant olaraq.

Gələcək planlarınız nələrdir?

Gələcəklə bağlı dəqiq planlarım yoxdur, məzun olmağıma hələ 2 il var və mən ondan sonrakı qərarlarımı o zamanki situasiyaya görə verəcəm.

Amerikada sizi ən çox cəlb edən nədir?

Amerikada məni ən çox cəlb edən oranın mənim yaşadığım mühitdən tamamilə fərqli olmasıdır.Azərbaycanla Amerika arasında saysız hesabsız müxtəlifliklər var, mənə ən maraqlı olan isə bu fərqlilikləri kəşf etmək, yeni şeylər öyrənmək və yeni həyat tərzi yaşamaq idi.

Təhsil aldığınız ölkədə daha çox hansı problemlər ilə qarşılaşırsınız?

Təhsil aldığım ölkədə qarşılaşdığım ən böyük problemlərdən biri təhlükəsizlikdir, Amerikanın böyük şəhərlərində tez-tez oğurluqlar, atışmalar və s baş verir, buna görə çox diqqəli olmaq lazımdır. Bundan başqa yaşam xərcləri çox yüksək olur, bunun üçün də mütləq yüksək maaşlı işə ehtiyacınız var. Başqa bir mənfi tərəfi də odur ki, burada rəqabət çox yüksəkdir, öz sahənizdə uğurlu olmaq üçün çox çalışmalısınız, imkanlar çoxdur, lakin hər şey heç də asan əldə edilmir.

Amerikada təhsil almaq istəyənlərə tövsiyələriniz? 

Amerikada təhsil almaq istəyənlərə tövsiyəm o olardı ki, əgər həqiqətən də yeniliklər öyrənməyə, fərqli həyat tərzi yaşamağa marağınız varsa, özünüzü inkişaf etdirmək istəyirsinizsə, Amerika yaxşı seçimdir. Əsas məsələ özgüvənli olmaq və daima irəli getməyə çalışmaqdır. Amerika imkanlar ölkəsidir, bizə düşən isə bu imkanlardan bacardığımız qədər çox istifadə etməkdir.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…