164 baxış
Bu yazını paylaşın
İctimai

AMEA yeni nizamnamənin formalaşdırılması istiqamətində işlərə başlayıb

19 Avqust 2022

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin formalaşdırılması istiqamətində işlərə başlanılıb.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

“Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmanla artıq yeni tipli akademiyanın formalaşması istiqamətində vəzifələrin həyata keçirilməsi bizim qarşımıza əsas məsələ kimi qoyulub. Ona görə də AMEA-da həm struktur islahatları istiqamətində, həm də nizamnamənin yeni struktura uyğun olaraq hazırlanması istiqamətində iş aparılır. Düşünürəm ki, bu, bir neçə mərhələdə müzakirə olunacaq. Yekun sənəd kimi ölkə başçısına təqdim olunacaq”, – İ.Həbibbəyli əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…