18 baxış
Bu yazını paylaşın
Siyasi

AMEA: “Sarıcalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqların neçə nəfərə aid olduğu ekspertizadan sonra dəqiqləşəcək”

19 İyun 2023

“Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında insan qalıqları aşkar edilib. Bu məlumat əsasında 50 kvadrat metr ərazidə dərinləşdirmə işləri aparılır”.

Telejurnal  xəbər verir ki, bunu AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov deyib.

O bildirib ki, mövcud yer səviyyəsindən təxminən 40-50 sm ərazidə və 3 fərqli yerdə insan qalıqları tapılıb: “Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insan qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu ekspertlər tərəfindən müəyyən ediləcək”.

V.Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: “İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…