18 baxış
Bu yazını paylaşın
Dünya

“Amazon” şirkəti feysbuk sosial şəbəkəsində 10 min qrupun administratorlarını məhkəməyə verib.

20 İyul 2022

“Amazon” şirkəti feysbuk sosial şəbəkəsində 10 mindən çox qrupun administratorlarına qarşı iddia qaldırıb. Şirkət onları pul və ya pulsuz məhsullar müqabilində saxta icmalların əlaqələndirilməsində ittiham edir.

TELEJURNAL. az AZƏRTAC -a istinadən  xəbər verir ki, “Amazon” şirkətinin nümayəndələri iyulun 19-da şirkətin veb-saytında bu barədə məlumat yerləşdiriblər. Həmin məlumatda bildirilir ki, feysbuk qrupları ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və Yaponiyadakı mağazalar haqqında “stimullaşdırıcı və ya çaşdırıcı rəylər dərc etmək istəyən” adamları toplamaq üçün yaradılıb.

Saxta rəylər problemi istər “Amazon” üçün, istərsə də bütövlükdə onlayn kommersiya üçün təzə problem deyil. “Amazon” şirkəti özü daha əvvəl, onun sözlərinə görə, saxta rəylər təklif edən bəzi adamları məhkəməyə verib. Hərçənd, qanunvericilər və tənzimləyici orqanlar soruşurlar: şirkət bu problemə qarşı mübarizə aparmaq üçün kifayət qədər çalışırmı?

Keçən il Böyük Britaniyanın antiinhisar orqanları alıcıların qorunması üçün quql şirkəti və internet mağaza tərəfindən adekvat tədbirlər görülüb-görülmədiyini təhqiq etməyə başlayıblar.

“Amazon” şirkətinin bəyanatında bildirilir ki, “Facebook” hədəf qruplarından birinin 43 mindən çox iştirakçısı var. Bu qrupun rəhbərliyi 2020-ci ildən bəri feysbuk “ana şirkəti olan “Meta”nın müvafiq departamentlərinə 10 mindən çox saxta rəy qrupu barədə məlumat verib. “Amazon” nümayəndələrinin sözlərinə görə, “Meta” şirkəti həmin qrupların yarısını kənarlaşdırıb, digər qruplar barəsində təhqiqat aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…