202 baxış
Bu yazını paylaşın
Müsahibə

Altıncı görüşü Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirə bilərik-Samir Hümbətov

16 İyul 2023

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üç tərəfli görüş keçirilib. 

Politoloq Samir Hümbətov keçirilən görüşü “Telejurnal”a şərh edib.

Brüsseldə keçirilən bu görüş,artıq liderlərin altıncı görüşüdür. Bu görüşün böyük əhəmiyyəti oldu. Altıncı görüşü Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirə bilərik. Avropa İttifaqı açıq şəkildə qəbul etmiş olur ki, Xankəndi və ətraf ərazilər Azərbaycana məxsusdur və Qarabağ erməniləri də Azərbaycan vətəndaşlarıdır.

Bu görüşü digərlərindən fərqləndirən səbəblər var. Əvvəlki görüşlərdə Ermənistan və ona dəstək verən qüvvələrin təxribat hallarına rast gəlinirdi, bu görüşdə də bu cür hallara azda olsa, rast gəlindi. Əvvəllər Ermənistan masadan qaçmağa daha çox cəhd göstərirdi, indi isə reallıqla barışıb. Ermənistanın artıq ortaya qoyduğu mövqe başqadır və rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Ermənistan bu məsələdə geriyə yol olmadığını anladı və qısa müddət ərzində bu məsələnin həll olunmalı olduğunu bilir. Bu məsələdə Ermənistana ABŞ və Avropa İttifaqı basqı edir baxmayaraq ki, Rusiya İran və Fransa sülh prosesinə mane olmağa çalışır,lakin ABŞ və Avropa İttifaqının yekdil qərarı var ki, məsələ həll olunmalıdır.

Əgər Ermənistan konstruktiv mövqe ortaya qoyarsa, sülh müqaviləsinin imzalanması prosesi sürətlənə bilər. Artıq 2 gündür ki, Baş Nazirlərinin müavinləri səviyyəsində delimitasiya komissiyası sərhəddə olub. Bu o deməkdir ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi sürətlənəcək. Rusiya, İran və Fransa kimi separatçılara dəstək verən qüvvələrin köməyi ilə törədilən təxribatlar sülh prosesinin uzanmasına səbəb ola bilər.

Görüşün keçirildiyi ərəfədə Azərbaycan ordusunun mövqeləri qarşında uzunmüddətli fortifikasiya qurğularının quraşdırılmasına cəhd göstərilməsi və Azərbaycan mülki təyyarələrinə qarşı edilən təxribatlarda düşünürəm ki, separatçılarla yanaşı Rusiya sülhməramlıları da iştirak edir. Separatçılarda o qurğuların olması real görünmür, bunu Rusiya,Fransa, İran kimi onlara dəstək olan qüvvələr verir. Bu görüşün pozulmasını istəyən tərəflər bu cür addımlar atırlar.

Yekun olaraq qeyd edim ki, altıncı görüş digərlərindən fərqli keçdi, burada Azərbaycanın maraqlarına xidmət edən məsələlər müzakirə olunub və qəbul edilib, bunu Şarl Mişelin çıxışlarında da görmək mümkündür. Eyni zamanda bu görüş sülh danışıqlarının sürətləndirilməsini şərtləndirir.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…