31 baxış
Bu yazını paylaşın
Dünya

Almaniyanın müdafiə naziri: “Ukraynaya F-16 təyyarələri verə bilməyəcəyik”

25 İyun 2023

Almaniya qırıcıların koalisiyasında iştirak etməyəcək, çünki onun arsenalında müttəfiq dövlətlərin Ukraynaya verməli olduğu F-16 təyyarələri yoxdur.

Telejurnal  DW-yə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O bildirib ki, Bundesver “Eurofighter” və “Tornado” təyyarələrindən istifadə edir.

Pistoriusun sözlərinə görə, Almaniya ilin sonuna kimi 10 minə yaxın ukraynalı əsgərə təlim keçməlidir.

Qeyd edək ki, bu yaxınlarda bəzi müttəfiq ölkələr “F-16″da ukraynalı pilotlara təlim keçmək niyyətlərini açıqlayıblar. Koalisiyaya Danimarka və Niderland rəhbərlik edib, Polşa, İsveç, Belçika, Fransa və ABŞ isə koalisiyaya qoşulub.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski avqustda “F-16″da təlimlərə başlanılacağını və ölkəsinin 6-7 ay ərzində bu təyyarələri ala biləcəyini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…