16 baxış
Bu yazını paylaşın
Dünya

Almaniyanın müdafiə naziri Avropa ölkələrinə çağırış edib

13 Sentyabr 2022

Almaniyanın beynəlxalq arenada tutduğu mövqe onu Avropanın ən qabaqcıl hərbi qüvvəsinə çevirməyə məcbur edir.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bəyan edib.

“Bu, bizim ölçülərimizlə, geosiyasi yerimizlə, iqtisadi gücümüzlə, bir sözlə, əhəmiyyətimizlə bağlıdır. Bu, istər-istəməz hərbi sahədə bizi lider gücə çevirir” – deyə, o bildirib.

Nazir xüsusilə qeyd edib ki, Almaniya yaxın bir neçə ildə deyil, uzunmüddətli perspektivdə ÜDM-in 2%-ni NATO standartlarına uyğun olaraq müdafiəyə sərf etməlidir.

O, 2030-cu illərin əvvəllərinə qədər döyüşə hazır üç ordu diviziyasının yaradılması, eləcə də Almaniyanın Avropanın müdafiə layihələrində fəal iştirak etmək planlarını açıqlayıb.

Nazir bildirib ki, rəsmi Vaşinqton Avropanın müdafiəsi üçün əsas qüvvə olaraq qalacaq, lakin ABŞ və Çin arasında artan gərginlik, Amerikanın diqqətini Hind-Sakit okean regionuna dəyişməsi, eləcə də Ukrayna ətrafındakı vəziyyət Avropa ölkələrinin özlərini təhdidlərə qarşı təkbaşına müdafiə etməyə hazır olmalarını tələb edir.

Almaniyanın müdafiə naziri Berlinin Ukraynaya tank verməkdən imtina məsələsinə də toxunub. Nazir iddia edir ki, indiyədək heç bir dövlət Kiyevə Qərb istehsalı olan piyada döyüş maşınları və ya döyüş tankları göndərməyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…