15 baxış
Bu yazını paylaşın
İctimai

Almaniyanın məşhur nəşri “Qarabağ”ın oyununa xüsusi yer ayırıb

08 Sentyabr 2022

Almaniyanın məşhur “Kicker” nəşri bu gün “Frayburq” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununa xüsusi yer verilib.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, qəzet bir səhifəni məhz bu qarşılaşmaya həsr edib.

Səhifənin başlığında “Aber Mit Vergnügen” (Amma məmnuniyyətlə), yarımbaşlıqda isə “Ştrayx və “Frayburq” hazırdır və indi avdokuboklardan həzz ala bilərlər” yazılıb.

“Kicker” hər iki komandanın ehtimal olunan start heyətlərini də açıqlayıb. Nəşr azərbaycanlı jurnalist Rasim Mövsümzadədən “köhlən atlar” haqqında açıqlama da alıb.

Bundan əlavə, qəzetin son səhifəsində Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da fikirlərinə rast gəlinir. 32 yaşlı hücumçuya bugünkü matçla bağlı yox, III Bundesliqanın növbəti turunda “Zviçkau” komandasına qarşı keçirəcəkləri görüşlə bağlı müraciət olunub.

Qeyd edək ki, bu gün “Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…