33 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniyanın baş ravvini: “Azərbaycan əsrlər boyu yəhudilərə qayğı ilə yanaşıb”

25 Yanvar 2023

“Azərbaycan yəhudilərə əsrlərlə qayğı ilə yanaşıb”.

TELEJURNAL xəbər verir ki, bunu Almaniya Ravvinlər Konfransının prezidenti Avixal Apel Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunmuş mərasimində deyib.

A.Apel çıxışında bütün dünyanı İranda nüvə silahının yayılmasının qarşısını almağa çağırıb və Azərbaycanı bu prosesdə rolunu xüsusi vurğulayıb:

“Azərbaycan əhalisi şiə olan, yəhudilərə əsrlər boyu qayğı ilə yanaşılan, antisemitizmin olmadığı, İranın qarşısını alan ölkədir”.

“Təəssüf ki, ürəyini yəhudilərə açan və İsraildə səfirliyi olan bu müsəlman ölkəsi Avropa İttifaqı ölkələrindən lazımi dəstək almır, əksinə, Fransa Senatı Avropanın təhlükəsizliyini qoruyan və sərhədlərini qoruyan vicdanlı mövqeyi ilə seçilən ölkədən neft və qaza embarqo qoyulmasına çağırıb”, – A.Apel xüsusi olaraq vurğulayıb.

Qeyd edək ki, tədbirdə Almaniyanın xarici işlər naziri Annalena Berbok da iştirak edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…