19 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniyalı ekspertlər Azərbaycanda aqroturizmlə bağlı təlim keçirib.

18 İyul 2022

Dövlət Turizm Agentliyi (DTA) Azərbaycanda aqroturizm imkanlarının inkişaf etdirilməsi, bu sahədə məhsul və xidmətlərin çeşid və sayının artırılmasına dəstək verilməsi məqsədilə təlim təşkil edib.

 TELEJURNAL. az Report- a  istinadən xəbər verir ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” layihəsi çəçivəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırlanmış 5 modullu təlim materialları əsasında təşkil olunub.

Təlimdə ölkənin beş regionundan dövlət, özəl, təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarını təmsil edən 15 nəfər iştirak edib.

Turizm sahəsində biznes üzrə məsləhətçi xidmətlərinin inkişafına töhfə verəcək təlim BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Aqroturizmin inkişafı “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş öhdəliklər sırasındadır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…