60 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniyada yaşayan azərbaycanlı uşaqlara “Məktəbli oyunları” kitabı hədiyyə edilib

21 Mart 2022

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Almaniyada “Məktəbli oyunları” kitabının təqdimatını keçirib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, kitab Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklor oyunlarımızı yaşadaq” layihəsi çərçivəsində nəşr edilib.

Maarifçi Gənclər Təşkilatının sədri Mərziyyə Aslan bilidirib ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın milli folklor oyunlarının tək ölkəmizdə deyil, həm də xaricdə yaşayan azərbaycanlı uşaqlar arasında yaşadılmasından ibarətdir:

“Bu səbəbdən “Məktəb oyunları” kitabının ilk təqdimatını Novruz bayramı ərəfəsində Almaniyanın Berlin şəhərində keçirməyi qərara aldıq. Kitabda milli uşaq oyunlarımız bir yerdə cəmlənib. Əminəm ki, onlar həm bizim qədim adət-ənənələrimizin yaşadılmasına, həm də internet əsrində uşaqlarımızın sosiallaşmasına kömək edəcək”.

Qeyd edək ki, təqdimat Berlində fəaliyyət göstərən “Azərbaycan dili” kurslarında baş tutub. Tədbirdə çıxış edən “Xarı Bülbül” Cəmiyyətinin sədri, Almaniya Azərbaycan Alyansının sədr müavini Sevda Badaliouri belə layihələrin xaricdə yaşayan soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin təbliğində böyük önəm daşıdığını bildirib.

Tədbirdə azərbaycan dili kursunun tələbələri “Bənövşə” uşaq oyununu və “Tık-tık xanım” nağlından səhnəcik nümayiş etdiriblər. Daha sonra bütün iştirakçılar Qarabağ mahnısını ifa edib. Sonda Almaniyada yaşayan soydaşlarımıza “Məktəbli oyunları” kitabı hədiyyə edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…