27 baxış
Bu yazını paylaşın
Dünya

Almaniyada son iki gündə iki nazir koronavirusa yoluxub

14 İyul 2022

Bakı, 14, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

Almaniyanın ədliyyə və istehlakçı hüquqlarının müdafiəsi naziri Marko Buşman koronavirusa yoluxduğunu bildirib.

xarici KİV xəbər verir ki, Marko Buşman son iki gündə koronavirusa yoluxan ikinci almaniyalı nazirdir. Bir gün öncə Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri Robert Habekin koronavirusa yoluxduğu məlum olub. İyun ayında isə xarici işlər naziri Annalena Berbok COVID-19 infeksiyasına yoluxmuşdu.

Payız aylarında Almaniyada pandemiyanın yeni dalğasının başlayacağı ilə bağlı narahatlıqlar artmaqdadır. Yoluxma hallarının sayı ötən ayın sonlarından etibarən nəzərəçarpacaq dərəcədə çoxalmağa başlayıb. Son sutka ərzində ölkədə 150 minə yaxın yoluxma aşkarlanıb, 145 nəfər isə infeksiya səbəbindən həyatını itirib. Ekspertlər qeyd edirlər ki, reallıqda koronavirusa yoluxanların sayı daha çoxdur.

Hazırda Almaniyada demək olar ki, bütün koronavirus məhdudiyyətləri aradan qaldırılıb. Yalnız ictimai nəqliyyatda və poliklinikalarda maska taxmaq məcburidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…