66 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniyada keçirilən Novruz şənliyinə görə etiraz müraciəti göndərilib – FOTOLAR

20 Mart 2022

Almaniyada fəaliyyət göstərən bir qrup türk icması Frankfurt şəhərində keçirilən Novruz şənliyi ilə bağlı müvafiq dövlət strukturlarına etiraz məktubu ünvanlayıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki,  türk icmalarının etirazına səbəb ötən gün Frankfurt şəhərində keçirilən Novruz şənliyi olub.

Belə ki, əsasən PKK terror təşkilatı dəstəkçilərinin qatıldığı Novruz bayramı tədbirində hazırda təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın şəkilləri olan plakatlar açılıb, Türkiyə və Azərbaycan əleyhinə müxtəlif şüarlar səsləndirilib.

Müraciətdə vurğulanıb ki, Frankfurtdakı tədbir xalqların qədim bayramı olan Novruzu siyasi bir aksiyaya çevirmək cəhdidir.

“Təəsüflər olsun ki, Almaniyada yaşayan PKK tərəfdarları hər il bu işlə məşğul olurlar. Onlar bir çox xalqın, eləcə də kürdlərin qeyd etdiyi Novruz bayramını öz siyasi məqsədləri üçün istifadə edirlər. Bu gün Almaniyada Novruz bayramı dedikdə, cəmiyyət bunu PKK terror təşkilatının həbsdə olan rəhbəri, əli uşaq qanıan batan Abdullah Öcalan üçün təşkil olunan bir tədbir kimi başa düşürlər. Belə tədbirlərin hər il keçirilməsi Almaniya kimi demokratik dəyərlərlə sahib, terrorizmlə mübarizə aparan bir ölkənin adına heç yaraşmır” – deyə, müraciətdə deyilir. Almaniyada yaşayan azərbaycanlıların da qoşulduğu müraciət, Almaniya Federal Daxili İşlər Nazirliyi, Almaniya Parlamenti və Almaniya Federa Təhlükəsizlik İdarəsinə ünvanlanıb.

Məlumat üçün qeyd edək ki, Almaniya da daxil olmaqla bir çox Avropa ölkəsində PKK terror təşkilatının fəaliyyəti və təbliğatı qadağandır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…