38 baxış
Bu yazını paylaşın
Dünya

Almaniyada enerji böhranına görə isti su və elektrik verilməsi məhdudlaşdırılır

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Almaniya enerji çatışmazlığı fonunda mənzillərə isti su verilməsini məhdudlaşdırır, küçə işıqlarını söndürür və hovuzları bağlayır.

Rusiyadan tədarükün kəsilməsi ilə əlaqədar qaz qiymətlərində kəskin bahalaşma Avropanın ən böyük iqtisadiyyatını 1970-ci illərdən bəri ən dərin enerji böhranına sürükləyib.

Eyni zamanda, Almaniya hakimiyyəti enerji qıtlığının arta biləcəyindən ehtiyatlanır. AFR-in iqtisadiyyat naziri Robert Habek əhalini və kompaniyaları enerji resurslarına qənaət etmək üçün tədbirlər görməyə çağırıb.

Almaniyanın ən böyük daşınmaz əmlak kompaniyası “Vonovia SE” bu həftə yaşayış binalarında isitmə sistemlərinin temperaturunu saat 23:00-dan səhər 6:00-a qədər 17 dərəcəyə endirəcəyini və beləliklə, enerjiyə 8 faizə qədər qənaət edəcəklərini bildirib. Eyni zamanda, Çexiya ilə sərhəd yaxınlığında yerləşən Dippoldisvalde qəsəbəsində mənzillərə isti su verilməsi məhdudlaşdırılacaq. Həmçinin Berlində açıq hovuzlarda suyun temperaturu azaldılacaq, Köln şəhərində isə küçə işıqları axşamlar tam gücün yalnız 70 faizi ilə işləyəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…