17 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniya Prezidenti Ukraynaya kaset sursatlarının verilməsini dəstəkləyib

10 İyul 2023

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ABŞ-ın Ukraynaya yardım çərçivəsində kassetli sursatların ötürülməsi qərarını dəstəkləyib.

Telejurnal  xəbər verir ki, bu barədə Almaniya Prezidenti “ZDF” telekanalına müsahibəsində deyib.

Almaniya prezidenti hesab edir ki, hökumət müttəfiqlərin yoluna mane olmamalıdır: “Ölkəmiz “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya sənədinə qoşulsa belə, hazırda biz düzgün mövqedəyik. Müttəfiq ölkələrin Ukraynaya gələcək dəstəyi vacibdir”.

Qeyd edək ki, Beynəlxalq humanitar hüququn əsas və əhəmiyyətli hissələrindən biri olan, 2008-ci ildə, Dublində qəbul edilmiş “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya sənədə qoşulub-qoşulmamasından asılı olmayaraq, beynəlxalq birliyin üzvü olan bütün dövlətlərə belə silah-sursatdan istifadəni qadağan edir.

Konvensiyaya əsasən, sənədin qüvvəyə mindiyi gündən başlayaraq ən geci 8 il müddətində bütün dövlətlər silahlı qüvvələrinin arsenalında olan kaset tipli silah-sursatları məhv etməli idilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…