36 baxış
Bu yazını paylaşın
Dünya

Almaniya konserni Ukraynaya 20 ədəd “Leopard 2” tankı satmaq niyyətindədir

26 Aprel 2022

Almaniyanın “Rheinmetall” konserni Ukraynaya satılması planlaşdırılan 88 ədəd “Leopard 1A5” tankına hazırda Bundesverin silahlanmasında olan və müasir tələblərə cavab verən 20 ədəd “Leopard 2” tankını da əlavə edib.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, “Handelsblatt” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, “Rheinmetall” konserni yaxın zamanlarda Almaniyanın İqtisadiyyat Nazirliyinə bu barədə müvafiq sorğu göndərəcək.

Qeyd edək ki, ötən həftə konsern 88 ədəd “Leopard 1A5” tankının Ukraynaya satılması üçün nazirlikdən icazə istəyib. Sorğu Almaniyanın Federal Təhlükəsizlik Şurasında təsdiqlənsə, hərbi texnika bir neçə həftə ərzində göndərilə bilər.

“Rheinmetall” bundan öncə Ukraynaya 100 ədəd “Marder” markalı piyadaların döyüş maşını, “Krauss-Maffei Wegmann” kompaniyası isə 100 ədəd “PzH 2000” özüyeriyən artilleriya qurğusu satmaq üçün hakimiyyət orqanlarına sorğu göndərib. Tanklarla birgə sövdələşmənin ümumi dəyərinin təxminən 2 milyard avro olduğu bildirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…