23 baxış
Bu yazını paylaşın
Dünya

Almaniya kansleri 13 ildən sonra ilk dəfə Seula səfər edəcək.

11 May 2023

Almaniya Kansleri Olaf Şolts mayın 21-də Seula səfər edəcək və Koreya Respublikasının Prezidenti Yun Suk Yol ilə danışıqlar aparacaq.

 

“Telejurnal” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Cənubi Koreya liderinin administrasiyasının rəsmi nümayəndəsi Li Do Un məlumat verib.

 

“Bu səfərin iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq problemlərin həllində köhnə dostumuz Almaniya ilə əməkdaşlığın dərinləşdirilməsi üçün dəyərli imkan olacağını gözləyirik”, – Li Do Un bildirib.

 

O.Şolts Hirosimada keçiriləcək “Böyük yeddilik” (G-7) sammitində iştirak etdikdən sonra Koreya yarımadasının cənubuna gələcək. O həmçinin Şimali Koreya ilə sərhəddəki hərbsizləşdirilmiş zonaya da baş çəkəcək.

 

Qeyd edək ki, bu, Almaniya hökumətinin başçısının 2010-cu ildən bəri Cənubi Koreyaya ilk səfəri olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…