19 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniya ilə Avropa ölkələri arasında fikir ayrılığı yaranıb

21 İyul 2023

“Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi və onların Ukraynaya verilməsi ilə bağlı hələlik razılığa gələ bilmir”.

TELEJURNAL  xəbər verir ki, bunu Aspen Təhlükəsizlik Forumunda çıxış edən Niderlandın baş nazirinin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Cefri van Leuven deyib.

“Biz hələ ki, aktivləri müsadirə edib Ukraynaya verə biləcəyimiz mərhələyə çatmamışıq. Səbəblər Almaniyanın etirazlarında və məhkəməyə verilə biləcək hüquqi məsələlərdədir. Bunu edə biləcəyimizi söyləmək üçün hələ çox uzağa getməmişik”-deyə, o bildirib.

2022-ci ildən bəri Avropa Komissiyası (AK) dəfələrlə bəyan edib ki, mövcud Avropa qanunvericiliyi Aİ-nin birtərəfli məhdudiyyətləri nəticəsində dondurulmuş xarici aktivlərin müsadirəsinə və onların başqa şəxsə və ya dövlətə verilməsinə icazə vermir.

Eyni zamanda, 2022-ci ilin yayından etibarən AK bu cür vəsaitlərin müsadirəsini qanuniləşdirmək üçün Avropa normalarının dəyişdirilməsi istiqamətində intensiv işə başlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…