36 baxış
Bu yazını paylaşın
Siyasi

Almaniya Azərbaycanda minatəmizləmə layihələrini dəstəkləməyə hazırdır

31 Mart 2022

“Almaniya Azərbaycanda minatəmizləmə sahəsində həyata keçirilən ayrı-ayrı layihələri dəstəkləməyə hazırdır”.

Bunu “TELEJURNAL” Report-a istinadən xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.

O, Almaniyanın minatəmizləmə üzrə qəbul etdiyi yeni strategiyada digər ölkələrə dəstəyin göstərilməsinin də nəzərdə tutulduğunu bildirib.

Səfir Azərbaycanın piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair Ottava konvensiyasını hələ ratifikasiya etmədiyini vurğulayıb.

“Biz bu ərazilərdə həyata keçirilən işlərə köklənməyə, ayrı-ayrı layihələri dəstəkləməyə hazırıq. Müəyyən büdcənin ayrılması nəzərdən keçirilir, lakin ölkəmiz layihələrdə fəal iştirak etməyə hazırdır”, – Almaniya səfiri bildirib.

Xatırladaq ki, “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb.

ANAMA və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə martın 31-dən aprelin 1-dək Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı hibrid beynəlxalq konfrans keçiriləcək. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…