188 baxış
Bu yazını paylaşın
İctimai

Allahşükür Paşazadə: “Qazaxıstanda və Azərbaycanda multikulturalizmin inkişafı təmin edilib”

18 Avqust 2022

Qazaxıstanda və Azərbaycanda multikulturalizmin, dinlərarası sülh və əməkdaşlığın təmin edilməsi və inkişafı üçün lazımi şərait yaradılıb.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 14-15 sentyabrda Qazaxıstanda keçiriləcək dini liderlərin VII qurultayına ünvanladığı məktubunda yer alıb.

Onun sözlərinə görə, dini, siyasi, elmi və ictimai xadimlər VII Qurultayda həmrəylik nümayiş etdirərək yekun sənəddə terrorun bütün forma və təzahürlərini, nifrət və ksenofobiyaya çağırışı, dindən şəxsi və siyasi məqsədlər üçün istifadə edilməsini, həmçinin kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər dini məbədlərdə inanclı şəxslərə qarşı ekstremizm aktlarını kəskin şəkildə pisləyəcək, dini simvolların və müqəddəs yerlərin təhqir olunmasına qarşı etiraz səsini ucaldacaqlar.

A.Paşazadə məktubunda ənənəvi dünya dinlərinin təmsilçilərinin, dövlət xadimlərinin və ictimai xadimlərin bütün dünyada sülh və əmin-amanlığın təmin edilməsinə yönəlmiş səylərinin yekun məqsədi olan missiyanı yüksək səviyyədə həyata keçirdiyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə öz dərin minnətdarlığını bildirib.

O, Azərbaycan və Qazaxıstanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri dərinləşdirilmək üçün geniş imkanlara malik olduğunu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…