234 baxış
Bu yazını paylaşın
İctimai

Alim: “Lökbatanda palçıq vulkanı alovlanma ilə püskürüb”

11 Avqust 2022

“Bu gün saat 09:36-da püskürən Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb. Bu, aktiv palçıq vulkanıdır”.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda baş verən palçıq vulkanları ilə müqayisədə nisbətən güclü püskürmədir: “Püskürmənin gücü də yer səthinə çıxarılan palçığın həcmi və əmələ gələn çatlarla ölçülür. Bu püskürmə zamanı güclü alovlanma baş verməyib. Çox az həcmli alovlanma baş verib. Amma yer səthinə çıxarılan breaksiya sahəsi 2 hektar ərazini əhatə edir”.

O.Abbasov bildirib ki, palçıq axının qalınlığı 80-90 sm-dir: “Ona görə də biz bunu nisbətən güclü püskürmə kimi də qiymətləndirə bilərik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…