12 baxış
Bu yazını paylaşın
Siyasi

Ali Radanın sədr müavini Ukraynaya verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib

16 May 2023

“Azərbaycan rəhbərliyinə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə təşəkkür edirəm”.

TELEJURNAL  xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.

Onun sözlərinə görə, millətləri birləşdirən insanlar var, onlar doğulur və tarix yazırlar: “Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyət olub. O, yeni, müstəqil və firavan Azərbaycanı qurub. Ukrayna ilə Azərbaycan müstəqilliklərini qazandıqları dövrdə xüsusilə yaxın olub. Xalqları birləşdirən hadisələr var. Bunlar müstəqilliyi quran qələbə və döyüşlərdir. İndi Ukrayna bu cür hadisələri yaşayır. Ukrayna müharibədə öz xalqını, dilini, torpağını müdafiə edir. Rusiyanın genişmiqyaslı təcavüzündə, iyrənc və qəddar bir müharibədə iştirak edir”.

Ukrayna Ali Radasının sədr müavini Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq da edib: “Rəsmi Bakı Ukraynaya təcili ehtiyac duyulan humanitar yardımlar göstərir. Bu yardım xüsusilə Rusiyanın hava hücumları nəticəsində Ukraynanın enerji infrastrukturunun sıradan çıxması zamanı özünü büruzə verdi. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstək göstərdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkür etmək istəyirəm. Sizi əmin edirəm ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyəcək. Ukrayna Silahlı Qüvvələrinin sıralarında azadlığımız uğrunda döyüşən və canlarından keçən etnik azərbaycanlılara xüsusi təşəkkür edirəm. Biz ukraynalılar onların Rusiyanın təcavüzünə qarşı birgə qələbəmizə töhfələrini heç zaman unutmayacağıq. Ermənistanla ədalətli sülhə açıq olan Azərbaycanı təbrik edirik. Biz Ukraynanın qələbəsinə qəti inanırıq. Ukraynanın bütün şəhər və kəndlərini geri qaytarmalıyıq. Eyni zamanda Azərbaycan bayrağı bütün ərazilərdə dalğalanmalıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…