85 baxış
Bu yazını paylaşın
Siyasi

Ali Radanın deputatı: Son 30 ildə Ukrayna və Azərbaycan böhranlı vəziyyətlərdən qələbə ilə çıxıb

04 Fevral 2022

Ukraynanın müstəqilliyinin bərpasından 30 il ötür. Sevindirici haldır ki, biz Azərbaycan Respublikası ilə ötən müddətdə müstəqilliyimizi şüurlu şəkildə çiyin-çiyinə keçirmişik.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi barədə sualı cavablandırarkən söyləyib.
Deputat bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan bəri çox hadisələr yaşanıb, ölkələrimiz çox itkilər verib, lakin böhranlı vəziyyətlərdən qələbə ilə çıxıblar. Bu sözləri həm Ukraynaya, həm də Azərbaycana aid etmək olar.
“Tariximiz bizim nə qədər ortaq cəhətlərə malik olduğumuzu əyani şəkildə nümayiş etdirir. Bunlar iqtisadi istəklər və daxili inkişafın vektoru, geosiyasi mövqe və öz suverenliyimiz uğrunda mübarizədir”, – deyə Yuriy Kamelçuk əlavə edib.
Onun sözlərinə görə, rəsmi Bakı ilə Kiyev arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu əlaqələr regionda sabitliyin qorunmasına xidmət edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…