611 baxış
Bu yazını paylaşın
İctimai

Ali məktəblərə imtahanlarda yüksək bal toplamış zəngilanlı abituriyentlərlə görüş keçirilmişdir

30 Avqust 2022

29 avqust 2022-ci ildə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanlarda yüksək bal toplamış zəngilanlı abituriyentlərlə görüş keçirilmişdir. AOPE-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Quliyevin “TELEJURNAL.AZ”a verdiyi məlumata görə görüşdə AOPE-nin İdarə Heyətinin sədri, YAP Zəngilan rayonu üzrə ərazi partiya təşkilatının sədri Emin Əliyev, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Zəngilan rayon təhsil sektorunun müdiri Kənan İmaməliyev, abituriyentlərin valideynləri, QHT rəhbərləri, fəal gənclər və media nümayəndələri iştirak etmişdir.

Görüşü açılış nitqi ilə Emin Əliyev açaraq gəncləri yüksək nəticə əldə etmələri ilə bağlı təbrik etmiş, onlara uğurlar arzulamışdır. Çıxış zamanı onların tələbəlik illərində yüksək ixtisaslı kadr kimi yetişmələri və ölkəmizin, o cümlədən Zəngilanın inkişafında töhfə vermələri üçün əzmlə çalışmalı olduqlarını bildirmişdir. Bu yolda dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirmişdir. Emin Əliyev çıxışının sonunda yüksək savada sahib övlad yetişdirdikləri üçün abituriyentlərin valideynlərinə təşəkkür etmişdir.

Daha sonra Zəngilan rayon icra hakimiyyətinin başçısının müavini Nizami Mönsümov çıxış edərək gəncləri və valideynləri təbrik etdi. Dövlətin yüksək ixtisaslı kadrlara hər zaman ehtiyacının olduğunu bildirərək gənclərə həyatlarında peşə uğurları arzuladı. Sonra gənclər, onların valideynləri çıxış edərək bu görüşə görə təşkilatçılara təşəkkür etdilər. Daha sonra Təhsil sektorunun müdiri Kənan İmaməliyev, Qeyd İctimai Birliyinin sədri Tural Nurməmmədov və digər qonaqlar çıxış edərək uğur qazanan abituriyentlərə uğurlar arzuladıar.

Sonda Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi (AOPE) tərəfindən uğur qazanan şagirdlərə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkildi.

Qeyd edək ki, abituriyentlərdən Cabbarlı Könül Asif qızı 640 bal, Əliyeva Mədinə Kənan qızı 634 bal, Ağayev Nahid Valeh oğlu 601 bal, Əlizadə İsmayıl Ceyhun 687.4 bal toplayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…