17 baxış
Bu yazını paylaşın
Siyasi

Ali Məhkəmənin hakimi Ələsgər Əliyev təqaüdə göndərilib

18 İyul 2023

2023-cü il iyulun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyevin təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Telejurnal  xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.

İnam Kərimov Ələsgər Əliyevə uğurlar arzu edərək, onun gələcəkdə də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

Tədbirin digər çıxışçıları da Ələsgər Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək, ona uğurlar arzu ediblər.

Sonda təqaüdə yola salınan hakim Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…