24 baxış
Bu yazını paylaşın
Siyasi

Albaniyanın sabiq Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub.

26 İyul 2022

Albaniyanın sabiq Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub.

TELEJURNAL. az AZƏRTAC-a istinadən xəbər verir  ki, sabiq Prezident hər il Bakıda keçirilən Qlobal Bakı Forumunu və Mərkəzin təşkil etdiyi digər ali səviyyəli toplantıları hazırkı və keçmiş dövlət və hökumət başçıları üçün öz təcrübələrini bölüşmələri üçün önəmli platforma kimi qiymətləndirib.

İlir Meta 2017-2022-ci illərdə Albaniya Prezidenti, bundan əvvəl 1999-2002-ci illərdə Baş nazir, 2013-2017-ci illərdə isə parlamentin sədri olub. O, həmçinin Baş nazirin müavini, Avropa və xarici işlər naziri, o cümlədən iqtisadiyyat, ticarət və energetika naziri vəzifələrində çalışıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə yaradılıb və hazırda Mərkəz üzvü olan keçmiş prezidentlərin, Baş nazirlərin və nazirlərin sayına görə dünyada fəaliyyət göstərən ən böyük təşkilatlardandır. Mərkəzin üzvləri sırasında Vayra Vike-Freyberqa, Kolinda Qrabar-Kitaroviç, Viktor Yuşşenko, Aleksandr Kvasnevski, Qordon Braun, Helen Klark, Boris Tadiç, Binəli Yıldırım, Giorgi Marqvelaşvili, Amre Musa, Tzipi Livni kimi dünyanın tanınmış siyasətçiləri daxildir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov bildirib ki, Mərkəz hazırda dünyanı narahat edən məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib. Fəaliyyətdə olduğu 10 il ərzində Mərkəz tərəfindən Bolqarıstan, Çin, Misir, Fransa, Yunanıstan, İtaliya, İsrail, İordaniya, Latviya, Moldova, Polşa, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ kimi ölkələrdə ali səviyyəli toplantılar təşkil edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…