57 baxış
Bu yazını paylaşın
Siyasi

“Alaverdyan tək olmayıb, onlar Kəlbəcərdə xidmət ediblər”

03 Oktyabr 2020

“İyul ayında da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarına qəsd edilib və Tovuz rayonunda yaşayan mülki əhalidən qətlə yetirilənlər olub”.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, rayon sakini Əziz Əzizov Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib və 6 ev dağıdılıb: “Avqustun 23-də Ermənistan Silahlı qüvvələrinin kəşfiyyat rəhbəri Qurgen Alaverdyan saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb və istintaq aparılır. Həmin istintaq bizi bir sıra nəticələrə gəlməyə əsas verir. Qurgen Alaverdyan tək olmayıb, onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda xidmət ediblər. Oradan Goranboy rayonuna gələrək əhalinin sıx yerləşdiyi və Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi yerləri öyrənmək və mülki əhaliyə, hərbçilərə qarşı diversiya-təxribat əməlləri törətmək məqsədləri olub. Onlara bu tapşırığı isə hərbi hissənin rəhbəri Vazgen Vartanyan verib. Onun barəsində məhkəmənin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib və axtarışı üçün “İnterpol”a müraciət olunub. Vazgen Vartanyan və Qurgen Alaverdyan Qarabağ yox, Ermənistan vətəndaşlarıdır. Onlar Ermənistan Müdafiə Nazirliyinin hərbçiləridir və onlar Azərbaycana qarşı təxribatlarda birbaşa iştirak edirlər”.

Kamran Əliyev əlavə edib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1994-cü ildən bu günədək Azərbaycanın 398 hərbçisi, 31 mülki vətəndaşı qətlə yetirilib: “1038 hərbçi, 69 mülki şəxs yaralanıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…