80 baxış
Bu yazını paylaşın
Siyasi

Aksiyanın 11-ci günü – Heç bir insident müşahidə edilməyib

22 Dekabr 2022

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan etiraz aksiyasının 11-ci günü sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

TELEJURNAL xəbər verir ki, etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən şüarları səhər saatlarında da səsləndiriblər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar aksiyanı fəal şəkildə davam etdirirlər. Gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Aksiya davam edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…