22 baxış
Bu yazını paylaşın
Siyasi

Aksiya ərazisindən keçərək Laçına gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb

23 Yanvar 2023

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

TELEJURNAL-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobil bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 43 gündür davam edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…