46 baxış
Bu yazını paylaşın
Siyasi

Akkan Suver: Qarabağ Zəfəri Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyinin məntiqi nəticəsidir

12 Dekabr 2021

Böyük insanların yalnız doğum tarixləri olur. Onlar aramızdan ayrıla bilərlər, amma düşüncələri və ideyaları ilə daim bizimlədirlər. Ümummilli Lider uzaqgörənliyi və dünyaya baxışı ilə yalnız Azərbaycan torpaqlarında deyil, bütün türk dünyası coğrafiyasında yaşamağa davam edir. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev hakimiyyətə qayıdanda qardaş ölkə ağır günlərini yaşayırdı, Qarabağ ermənilər tərəfindən işğal olunmuş, ölkədaxili çəkişmələr şiddətlənirdi. Azərbaycan tarixinin ən böhranlı dövrünü yaşayırdı. Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə bir dövrdə Heydər Əliyev xalqın dəvətinə müsbət cavab verərək hakimiyyətə gəldi.

Bu fikirləri ‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki,  “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ifadə edib.

O deyib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra ölkədaxili sabitliyi bərqərar etdi, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və ermənilərin işğalı altında olan torpaqların danışıqlar yolu ilə azad olunması istiqamətində fəaliyyətə başladı.

ATƏT-in Lissabon Sammitində Ümummilli Lider gərgin səyləri ilə Qarabağın Azərbaycan ərazisi kimi qeyd edilməsinin o dövr üçün fövqəladə uğur olduğunu deyən professor vurğulayıb: “1997-ci ildə Lissabonda əldə edilən bu müvəffəqiyyət 23 il sonra qazanılacaq Qələbə istiqamətində atılmış ilk addım idi. Heydər Əliyev ömrü boyu Qarabağ məsələsini diqqətdə saxlayıb, Ermənistanın işğal siyasətini və törətdiyi cinayətləri hər platformada beynəlxalq aləmə çatdırıb. O, Qarabağ mövzusunda çox həssas və qətiyyətli idi. Ümummilli Lider bu qətiyyəti Mixail Qorbaçovun Qarabağ və Bakı ilə bağlı siyasətinə görə SSRİ-yə etirazını bildirərək, Kommunist Partiyası üzvlüyündən istefası ilə nümayiş etdirdi. Bu, o günün şərtləri daxilində asan davranış deyildi. Ancaq Qarabağ məsələsinə olan həssaslığı və o dövrdə Rusiyanın Azərbaycanla bağlı yürütdüyü siyasət Onu bu addımı atmağa vadar etdi. Ulu Öndər on illik hakimiyyəti dövründə əvvəlcə Azərbaycanın birliyini təmin etdi, sonra isə milli səviyyədə və beynəlxalq aləmdə ölkənin sosial, mədəni və iqtisadi sahələrdə inanılmaz nailiyyətlər qazanmasına nail oldu. Bu nailiyyətlərdən biri də müasir Azərbaycan Ordusudur. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılmasına nail olmaq üçün mühüm səylər göstərilmişdi. Məhz bu addımların nəticəsi olaraq Ulu Öndərin əbədiyyətə qovuşmasından 17 il sonra Şuşada, Zəngilanda, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Füzulidə, Laçında Azərbaycan bayrağı dalğalanmağa başladı. Dahi Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ulu Öndər tərəfindən başladılan danışıqları səbrlə davam etdirdi. Şanlı Azərbaycan Ordusu ölkəmizin tələbləri ilə razılaşmayan Ermənistanı diz çökdürdü”.

Akkan Suver qeyd edib ki, Azərbaycanın Qarabağda qazandığı Zəfər qardaş dövlətin və Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyinin sübutu və məntiqi nəticəsidir.

 

https://azertag.az/xeber/Akkan_Suver_Qarabag_Zeferi_Prezident_Ilham_Aliyevin_Heyder_Aliyev_siyasi_kursuna_sadiqliyinin_mentiqi_neticesidir-1949564

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…