93 baxış
Bu yazını paylaşın
Siyasi

Akkan Suver: “Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün böyük səy göstərib”

05 May 2023

“Ümummilli Lider Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıb və səy göstərib”.

TELEJURNAL  xəbər verir ki, bunu “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfrans çərçivəsində “Azərbaycan-Ermənistan münaqişəsi və Heydər Əliyev” mövzusunda keçirilən paneldə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Akkan Suver deyib.

A.Suver qeyd edib ki, H.Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün kompleks yanaşma tələb olunduğunu anlayırdı, buna görə də hərəkət edərkən bütün mühüm daxili və xarici siyasi amilləri nəzərə alırdı.

Onun sözlərinə görə, hazırda ölkələr arasında münasibətləri normallaşdırmaq üçün Ermənistanın Rusiyadan, Fransadan, İrandan müstəqil hərəkət etməsi lazımdır.

“Ermənistanın müttəfiqləri olan Rusiya və İran Avropa İttifaqının (Aİ) münaqişənin həlli ilə bağlı konstruktiv səylərini boğmağa çalışır. Bu o deməkdir ki, iki ölkə arasında fikir ayrılıqları davam edəcək. Vaşinqton da regionda yeni oyunçu olmaq istəyir. Amma Ermənistan müstəqil hərəkət etməli olduğunu başa düşməlidir”, – o əlavə edib.

A.Suver vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı ittifaqlar yaratmağa çalışması sülh prosesinə xələl gətirir: “Sülhə nail olmaq üçün yollar axtarmaq Ermənistanın maraqlarına uyğundur, çünki o, danışıqlar masası arxasına əyləşsə, biz bir çox problemləri həll edə biləcəyik”.

Professor Zəngəzur dəhlizinin yaradılmasının vacibliyini də qeyd edib.

“Münasibətlərin normallaşması üçün daha bir vəzifə Ermənistan ərazisindən keçməklə Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin qurulmasını təmin etməkdir. Bu, regionda uzunmüddətli sülhün bərqərar olması baxımından vacibdir”, – Suver deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…