231 baxış
Bu yazını paylaşın
Dünya

“Air France” aviaşirkətinin təyyarəsinin uçuşu zamanı pilotlar arasında dava olub

29 Avqust 2022

“Air France” aviaşirkətinin iki pilotu uçuş zamanı təyyarənin kabinəsində dalaşıblar.

Bu barədə “TELEJURNAL.AZ” “La Tribune”ya istinadən xəbər verir.

Məlumata görə, onlar işdən kənarlaşdırılıblar.

Bildirilir ki, davaya Cenevrədən Parisə uçarkən onlardan birinin əmrə tabe olmaqdan imtinası səbəb olub, uçuşdan az sonra tərəflər arasında dava baş verib. Stüardessalar kabinədə səs eşidib və onları ayırmağa gediblər.

Ekipaj üzvlərindən biri yeni davanın qarşısını almaq üçün uçuşun qalan hissəsini narazı pilotların arxasında oturaraq keçirməli olub.

“Air France” şirkətinin sözçüsü kabinədəki davanı “qətiyyən yaraşmayan davranış” adlandırıb. Aviaşirkət “Airbus A320”də baş verən insident zamanı dava olduğunu təsdiqləyib.

Aviaşirkət həmçinin qeyd edib ki, insident uçuşun təhlükəsizliyinə təsir etmədən başa çatıb.

Fransanın Mülki Aviasiya Təhlükəsizliyi Təhqiqat Təşkilatının hesabatında deyilir ki, pilotlar istintaqa qədər işdən kənarlaşdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…