16 baxış
Bu yazını paylaşın
İctimai

Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri: “Ağalıda əhaliyə tibbi xidmətin təşkili üçün bütün lazımi şərait yaradılıb”

13 Sentyabr 2022

Zəngilan rayonu Ağalı kəndinə köçürülən əhaliyə tibbi xidmətin təşkil edilməsi üçün bütün lazımı şərait yaradılıb.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bunu Ağalıda fəaliyyətə başlayan Zəngilan rayon xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova bildirib.

Onun sözlərinə görə, Mərkəzdə ailə həkimi, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, laborator xidmətlər otaqları və stomatoloji kabinet fəaliyyət göstərir:

“Məntəqə ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Sağlamlıq Mərkəzinə fəaliyyətə başlayandan indiyədək həm Ağalı sakinləri, həm də ərazidəki şirkətlərin əməkdaşları olmaqla, 250 nəfərə tibb xidməti göstərilib”, – Mərkəzin şöbə müdiri deyib.

Ceyran Abbasovanın sözlərinə görə, pasiyentlərin bəzi ixtisaslı həkimlərə yönləndirilməsi üçün mərkəzdə “Salam doktor” kabineti də yaradılıb:

“Bu kabinet vasitəsilə paytaxtda çalışan, ixtisaslı həkimlərlə onlayn əlaqə yaradılır, xəstələrin şikayətləri dinlənilir, onlara tibbi xidmət göstərilir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…