22 baxış
Bu yazını paylaşın
Siyasi

AİHM Fransa həbsxanalarındakı şəraiti qəbuledilməz adlandırıb

06 İyul 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransa həbsxanalarındakı şəraiti qəbuledilməz hesab edir.

Telejurnal  TASS-a istinadən xəbər verir ki, bu barədə Paris vilayətinin Fren kommunasındakı həbsxana məhbuslarının şikayəti üzrə məhkəmənin qərarında deyilir.

“2019-cu il yanvarın 1-nə olan məlumata görə, həbsxana 197 faiz dolu olub”, – qərarda qeyd edilib.

AİHM-nin qərarında Fransada həbs şəraitinin pis olması və vəziyyətin yaxşılaşdırılması üçün məqsədyönlü işin aparılmaması ilə yanaşı, həbsxanaların həddən artıq dolu olması ilə bağlı probleminin olduğu vurğulanıb.

Daha əvvəl Fransa Ədliyyə Nazirliyi məlumat vermişdi ki, ölkədəki həbsxanalarda 73 699 məhbus var və bu, rekord göstəricidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…